Ədliyyə Nazirliyi “REAL”-ın ittihamlarına cavab verməkdən yayındı

  • By admin
  • 11 İyul 2023 17:18

“Siyasi Partiyalar haqqında” yeni qanunun tələbinə uyğun olaraq, 5 min üzvün siyahısını Ədliyyə Nazirliyinə təqdim edən partiyalar üçün yeni problemin yarandığı iddia olunur.

Belə ki, REAL Partiyasının sədri İlqar Məmmədov və digər partiya funksionerləri iddia edir ki,  Ədliyyə Nazirliyinin rəsmiləri vətəndaşlara zəng edərək, onlardan həqiqən də REAL-ın üzvü olub-olmamasını  soruşur.

Onların sözlərinə görə, reyestrə təqdim olunan vətəndaşlara nazirlikdən telefon açılması qanunsuz addımdır.

Gununsesi.info Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitovaya məsələ ilə bağlı müraciət etsə də hər hansı bir cavab ala bilməyib.

 

Gununsesi.info