
Gürcüstanın dördüncü prezidenti Qiorqi Marqvelaşvili “Twitter”də “Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin təhqiredici kadrlarına gülən” Rusiya vətəndaşlarına müraciət edib.
“Bəli, bunu gürcülər etdi, amma siz bu gürcülərə pul ödəyirsiniz. Gürcüstanın qalan hissəsi qürurlu və azadlıqsevər xalqımız üçün yad və qəbuledilməz olan “Oproçnina”ya (dövlətin böyük bir hissəsini şəxsi mülkiyyət elan etmiş İvane Mrisxanenin “Opriçnina” adlandırırlar,) nifrətdə birgədir”, – deyə Qiorqi Marqvelaşvili yazıb.
Noyabrın 11-də Xüsusi Penitensiar Xidmət iki video yayıb. Birinci videoda Mixeil Saakaşvilinin zorla köçürülməsinin görüntüləri əks olunub. Videonun səsi yoxdur və yəqin ki, müşahidə kamerası tərəfindən lentə alınıb.
İkinci video isə həbsxanaya aparılmazdan əvvəl çəkilib. Görüntülərdə Saakaşvilinin Rustavi həbsxanasına qayıtmasını tələb etdiyi və həbsxana xəstəxanasına könüllü daxil olmaqdan imtina etdiyi görünür.
Dövlət Müfəttişliyi İdarəsi Mixeil Saakaşvilinin şəxsi məlumatlarının açıqlanmasının qətiyyən yolverilməz olduğunu bildirir və Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidməti oxşar məlumatları ehtiva edən videoların yayılmasını dayandırmağa çağırır.
Xalq müdafiəçisi, həmçinin Ədliyyə Nazirliyi və Penitensiar Xidməti sözügedən kadrları yayımladığına görə tənqid edib.
Mixeil Saakaşvilinin görüntüləri Rusiya hökumət mediasında və sosial şəbəkələrdə aktiv şəkildə yayılıb, burada Gürcüstanın keçmiş prezidenti təhqiredici məzmunda qiymətləndirilib.
Gununsesi.info