Ədliyyə Nazirliyindən AVP-nin qeydiyyatı ilə bağlı qərar - FƏZAİL AĞAMALI BƏYANAT YAYDI

Ədliyyə Nazirliyi daha bir partiyanın – Ana Vətən Partiyasının qeydiyyata alınması ilə bağlı qərar qəbul edib.

Gununsesi.info-nun xəbərinə görə, partiyanın sədri, millət vəkili Fəzail Ağamalı bununla açıqlama yayıb.

Partiya sədrinin həmin açıqlamasını təqdim edirik:

“Ədliyyə nazirliyi tərəfindən Ana Vətən Partiyasının 4 sentyabr 2023-cü ildə qeydiyyata alınması bütün Anavətənçilər tərəfindən böyük sevinclə qarşılandı. Yenidən rəsmi şəkildə qeydiyyata alınmağımız ciddi məsuliyyət deməkdir.

Ölkə prezidenti cənab İlham Əliyevin siyasi islahatlara xüsusi diqqət yetirməsi və yeni siyasi konfiqurasiyasının aparıcı amilə çevrilməsi özünün əhəmiyyətli nəticələrini verməkdədir.

Ana Vətən Partiyası yarandığı gündən Nizamnamə və Proqramına söykənərək milli dövlətçiliyimizə sədaqətlə xidmət etməkdədir.

Tam əminliklə qeyd etmək istərdim ki, partiyamız və onun bütün üzvləri qüvvədə olan “Siyasi partiyalar haqqında” qanunun müddəalarına tam əməl edərək, dövlətçiliyimizin möhkəmlənməsinə, onun təməl prinsiplərinin qorunub saxlanılmasına dəyişməz mövqeyini davam etdirəcəkdir”.

 

Şəbnəm

Gununsesi.info