Cari ilin iyun ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 144 793,65 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 531,73 min manat yaxud 3,23% çoxdur.
Gununsesi.info-nun Komitəyə istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20 909,76 min manat yaxud 53,12% artaraq 60 270,79 min manat olub.
Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 17 028,66 min manat yaxud 18,36% azalaraq 75 699,98 min manat, aksizlər 150,71 min manat yaxud 2,37% azalaraq 6220,71 min manat, yol vergisi üzrə daxilolmalar isə 801,33 min manat və ya 44,50% artaraq 2 602,17 min manat təşkil edib.