Əflatun Amaşov saytlara 1 milyon vəsaitin ayrılmasını təklif etdi

  • By admin
  • 07 Dekabr 2016 14:10
1435306349_eflatun-anmashov
“Reklamı və heç bir gəliri olmayan, amma həmişə peşəkarlıq və vətənpərvərlik umulan bu  biçarə media nümayəndələri bəs nə ilə yaşamalıdır?”.
Gununsesi.info xəbər verir ki, bunu  Milli Məclisin (MM) növbəti plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Əflatun Amaşov  deyib.
Azərbaycan mediasının vəziyyətinin ağır olduğunu nəzərə alan Mətbuat Şurasının sədri hökumətən 2017-ci ilin dövlət büdcəsindən mətbuata ayrılan vəsait artırılmasını təklif edib.
 Jurnalistikanın ölkədə ictimai rəyin formalaşmasında və ölkənin dünyada təbliğində mühüm rol oynadığını deyən Ə.Amaşov bildirib ki, bu sahə ilə bağlı qənaət rejiminə keçilməməlidir. 
“Son 1 ildə istər qəzet kağızı ilə bağlı qiymətlər, istərsə də çap xərcləri kifayət qədər bahalaşıb. Ümumilikdə KİV-lərin satışı çox zəifdir, reklamlardan gələn gəlirləri də kifayət qədər aşağıdır. 2016-cı ildən ölkəyə gətirilən qəzet kağızlarına ƏDV-nin tətbiqinə də başlanılıb. Bütün bunlar vəziyyətə neqativ təsir göstərir. Hazırda intenet media da ictimai fikrin formalaşmasında əsas vasitəyə çevrilib. Azərbaycanda 30-dək xəbər portalı normal qaydada fəaliyyət göstərir. Gələcəkdə bu rəqəmin artacağı istisna deyil. Buna görə də bu tip media vasitələrinin nəzərə alınması vacibdir. Ümumiləşdirmə apararaq təklif edirəm ki, KİVDF-yə ayrılmış 4 milyon manat vəsait artırılmalıdır. Məhz internet mediasının maliyyələşdirilməsi üçün ən azı 1 milyon manat ayrılmalıdır. Reklamı və heç bir gəliri olmayan, amma həmişə peşəkarlıq və vətənpərvərlik umulan bu biçarələr bəs nə ilə yaşamalıdır?” – deyə, Ə.Amaşov vurğulayıb.
Mürtəza 
Gununsesi.info