Əfqan Alanın getməsini Yıldırım istəyib

  • By admin
  • 03 Sentyabr 2016 17:49

efqanla

Türkiyənin keçmiş daxili işlər naziri Əfqan Alanın gözlənilməz istefası ilə bağlı yeni iddialar ortaya çıxıb.

Gununsesi.info “Hürriyyət”ə istinadən xəbər verir ki, Alanın istefasını Prezident Rəcəb Tayyib Ərdoğan yox, Baş nazir Binəli Yıldırım istəyib. Ərdoğan da baş nazirin istəyinə qarşı çıxamayaraq nazirin istefasını qəbul edib.

 

Yıldırımın əsas arqumenti Alanın 15 iyul dövlət çevrilişinə cəhd zamanı və sonrası özünü “yaxşı göstərməməsi” olub.

 

“15 iyuldan sonra FETÖ ilə mübarizə lazımi sürətdə aparılmırdı. Bunun əsas səbəbi də dövlətin əsas gücü olan Daxili İşlər Nazirliyi və Milli İstihbarat Təşkilatının (MİT) zəif tərəfləridir. FETÖ-nun aviasiya üzrə imamı Adil Öksüz kimi kritik məlumatları əldə edə biləcək şəxsin hələ də fərari olması baş naziri bu addımı atmağa vadar etdi”, – xəbərdə qeyd olunub.

 

Gununsesi.info