Əfqan Muxtarlının apellyasiya şikayətinə baxılır- PROSES QİSMƏN MƏHKƏMƏ İSTİNTAQI İLƏ APARLIACAQ

Əfqan Muxtarlının apellyasiya şikayətinə baxılır

Jurnalist Əfqan Muxtarlının AR CM-nin 206.1., 315.2. və 318.1-ci maddələri ilə təqsirli bilinib 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə Balakən rayon məhkəməsinin 12 yanvar 2018-ci il tarixli hökmündən verilən  apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsində baxış iclası keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, hakimi Rəfail Əliyevin sədrliyi ilə keçirilən  ilkin baxış iclasında  vəkil Elçin Sadıqov  Ə.Muxtarlı barəsindəki həbsin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz edilməsini, Ə.Muxtarlının şüşə qəfəsdən çıxarılaraq vəkillərin yanında əyləşdirilməsi barədə vəsatət verib.  Vəsatətlərə baxan məhkəmə bonları təmin etməyib.

Prosesdə daha sonra bildirib ki, Balakən rayon məhkəməsinin məhkəmə iclas protokolu həqiqəti əks etdirmədiyi üçün məhkəmə iclas protokollarına qeydlər verilib və qeydlərə baxılması üçün iş Balakən rayon məhkəməsinə qaytarılmalıdır. Ancaq məhkəmə yerində müşavirə edərək, bu vəsatəti də rədd etdi.

Müdafiə tərəfinin növbəti vəsatəti isə apellyasiya baxışının qismən məhkəmə istintaqı aparılması ilə bağlı oldu. 

Məhkəmə müşavirədən qayıdaraq apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla və əlavə sübutlar tələb edilməklə keçirilməsi və apellyasiya baxışının 02 mart 2018-ci il tarixə saat 10:00-a təyin edilməsi barədə qərarı elan etdi.

Gununsesi.info

COMMENTS