
Əfqanıstanın Kabil və Herat şəhərində qadınların etirazlarına “Taliban” sərt cavab verib.
Gununsesi.info “Sözcü”yə istinadla bildirir ki, Əfqanıstan paytaxtında, prezident sarayının qarşısında aksiya keçirmək istəyən qadınlar şiddət tətbiq edilib. Onların bəziləri həbsə atılıb.
Taliblər onlara qarşı gözyaşardıcı və bibər qazından atəş açıblar. Bundan başqa, qadınlara qarşı pnevmatik tapançalardan da istifadə olunduğu söylənilir. Anoloji hadisə Heratda da yaşanıb. Etirazçı qadınlar arasında ölənlərin olması ilə bağlı məlumat yoxdur.
Etirazçılar əfqan qadınlarına azadlıq istəyiblər.
Gununsesi.info