Əfqanıstada məscidə partlayış törədilib  - FOTO

  • By admin
  • 21 Noyabr 2016 17:10

mescid

Əfqanıstanın paytaxtı Kabulda nəməlum şəxs şiə məscidi Bekir al-Olumun həyətində özünü partladıb.
Gununsesi.info-nun “Evrensel” qəzetinə istinadən xəbər verir ki, hadisə zamanı 27 nəfər ölü, 40-dan çox insan isə yaralanıb.
Partlayışdan sonra əraziyə çoxlu sayda təcili yardım, xilasetmə, polis və yanğınsöndürən cəlb edilib. Yaralılar dərhal ətrafdakı xəstəxanalara çatdırılıb.
İnsidentə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Anar
Gununsesi.info