Əfqanıstan daha bir bölgəni “Taliban”dan azad etdi

Əfqanıstanın hökumət qüvvələri daha bir bölgəni “taliban”-lardan azad edib.

Gununsesi.info Əfqanıstan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Əfqanıstanın hökumət qüvvələri Parvan mərkəzi əyalətinin Surhu-Parsa bölgəsi üzrə nəzarəti bərpa edə bilib.

HTML tutorial

Bildirilir ki, əməliyyat zamanı çox sayda silah-sursat qənimət olaraq ələ keçirilib.

Nazirlik qeyd edib ki, “Taliban” hərəkatının döyüşçülərinin ələ keçirdiyi bölgələrin azad olunması ilə bağlı əməliyyatlar davam edir.

Qeyd edək ki, ölkənin təhlükəsizlik qüvvələri bu yaxınlara Parvan əyalətinin Şeyx Ali adlı bölgəsinə nəzarəti də bərpa edə bilmişdi. Ümumilikdə isə son bir ayda 24 bölgə “Taliban” döyüşçülərindən azad edilib.