
Əfqanıstanın gənclərdən ibarət milli futbol komandasının üzvü Zəki Anvari avqustun 15-də Kabili tərk etmək istəyərkən vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə jurnalist Babək Taqvaye tviter səhifəsində yazıb.
Onun sözlərinə görə, idmançı havaya qalxan Amerika hərbi təyyarəsinin kənarından tutaraq havaya qalxan şəxslər arasında olub. Onun cəsədi təyyarənin şassisinin arasında aşkar edilib.
Gununsesi.info