Əfqanıstan prezidenti Əşrəf Qəni Vaşinqton səfərini təxirə salıb.
Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, Qəninin səfərini təxirə salmasının səbəbi açıqlanmır.
Qeyd edək ki, Əfqanıstan prezidenti ilə ABŞ prezidenti Donald Trampın sabah Ağ Evdə görüşü planlaşdırılırdı.
Xatırladaq ki, ilin əvvəlində Tramp Amerika ordusunun sülh razılığı şəraitində Əfqanıstandan çıxarılacağını bəyan etmişdi.
Gununsesi.org