Əfqanıstan prezidenti Azərbaycana səfər edəcək

  • By admin
  • 23 Noyabr 2017 11:12

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.

Diplomatik mənbə bildirib ki, Əfqanıstan Prezidentinin Bakıya səfəri noyabrın 30-da baş tutacaq.

Məlumata əsasən, M.Ə.Qani 30 noyabr-1 dekabr tarixlərində Bakıda keçiriləcək “Asiyanın Qəlbi” – İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransında iştirak edəcək.

Gununsesi.info