Amerika Ordusunun Qərargah rəisi General Mark Milley Əfqanıstan müharibəsi haqqında açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Milley Əfqanıstan savaşının ölkəsinin istədiyi kimi tamamlanmadığını söyləyib.
Əfqanıstanda xidmət keçən hər bir Amerikan əsgərini başını dik tutmağa səsləyən Milley deyib:
“Onlar ölkələrinin istədiklərini etdilər. 20 il davam edən savaş ölkəmizin istədiyi kimi getmədi və uduzuldu”.
“ABC” televiziyasına açıqlama verən Milley “düşmənin” paytaxt Kabili ələ keçirməsini strateji gerilik və uğursuzluq adlandırıb.
“Müharibəni uduzduq, Taliban və müttəfiqləri ilə 20 ildən çox müddətdə döyüşdük. Bir çox səbəblərə görə, paytaxtda qalib gəldilər. 11 sentyabrdan sonra bir çoxumuz peşimançılıq yaşadıq”, – deyə General Milley bildirib.
Tərcümə: Arzu