Əfqanıstan üçün yeni platforma yaradılır

Özbəkistan, Əfqanıstan, ABŞ və Əfqanıstandakı Pakistan daxili böhranın həlli ilə bağlı məsləhətləşmələr üçün yeni bir platforma yaradıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.

HTML tutorial

Razılaşma 15-16 iyul tarixlərində Daşkənddə keçirilən beynəlxalq konfransı çərçivəsində əldə edilib.

Məlumatda qeyd olunur:

“Daşkənddə Amerika Birləşmiş Ştatları, Özbəkistan, Əfqanıstan və Pakistan nümayəndələri Əfqanıstanın sülh prosesinə və münaqişədən sonrakı həllinə dəstək vermək üçün məsləhətləşmələrə dair yeni dördtərəfli platforma yaratmağa qərar verib. Tərəflər Əfqanıstandakı uzunmüddətli sülhün və sabitliyin regional əlaqə üçün həlledici olduğuna inanırlar”.