Əfqanıstan vətəndaşının üzərində narkotik vasitələr aşkar olunub

  • By admin
  • 10 İyul 2017 16:21

narkotik-1
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Əfqanıstan İslam Respublikasının vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, yoxlama zamanı vətəndaşın şalvarının cibində 3 ədəd metadon adlı həb, daxili orqanında (düz bağırsağında) isə 10 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 331,474 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info