Əfqanıstan: Münaqişənin əziyyətini çəkən uşaqlar

  • By admin
  • 27 Mart 2019 22:07

Hərbi fotoqraf Andrew Quilty Əfqanıstanı Save the Children xeyriyyə təşkilatı ilə birgə gəzib dolaşaraq ölkədə davam edən münaqişədən əziyyət çəkən uşaqların fotoportretlərini çəkib.

Ölkədə münaqişənin davam etməsinə baxmayaraq, bu uşaqlar gələcəyə ümidlə baxır və yaşayırlar, indi onların çoxu xeyriyyə proqramı xəttilə təşkil edilən təhsil və məşq kurslarına yazılıb.

BMT-nin məlumatına əsasən, ölən uşaqların sayı 900-dən çox olan 2018-ci il Əfqanıstanda uşaqlar üçün son 10 ilin ən qanlı dövrünə çevrilib.Presentational grey line

Nuriyə

NuriyəFotonun müəllifiANDREW QUİLTY / SAVE THE CHİLDREN

15 yaşlı Nuriyə evini ailəsilə birgə tərk edib – evləri silahlı qrupların hücumuna məruz qalandan sonra.

İndi o, Məzəri-Şərifdə yaşayır, orada məktəbə gedir, musiqidən dərs alır.

“Kəndimizə hücum olanda, raket qonşularımızın evinə düşdü. Onların hamısı həlak oldu, – Nuriyə deyir. – İstəyirəm təhsil alım, ailəmə kömək edim və bu çətin vəziyyətdən qurtarım. Müharibəsiz gələcəyə ümidliyəm”

NuriyəFotonun müəllifiANDREW QUİLTY / SAVE THE CHİLDREN
Presentational grey line

Səma

SəmaFotonun müəllifi ANDREW QUİLTY / SAVE THE CHİLDREN

11 yaşlı Səmanın atası Kabulda intiharçının törətdiyi hücum zamanı həlak olub. Evdə pərdədən asılmış atasının təsbehi ona həmişə atası ilə bağlı xatirələri canlandırır.

“Onun sürdüyü maşın, onun paltarı, onun saatı, ayaqqabıları – hər dəfə bunları görəndə göz yaşlımızı saxlaya bilmirik. O bizi çox istəyib və xəyalımızda həmişə bizimlədir, – Səma deyir.- İstəyirəm ki, müharibəyə son qoulsun, uşaqlar atasız qalmasın”.

SəmaFotonun müəllifiANDREW QUİLTY / SAVE THE CHİLDREN
Presentational grey line

Navid

NavidFotonun müəllifiANDREW QUİLTY / SAVE THE CHİLDREN

Navid aqyağını 8 yaşında minaya düşəndə itirib – bir ay xəstəxanada yatıb, altı ay müalicə olunub.

İndi onun 16 yaşı var. O, məktəbə qəbul olunub, musiqidən dərs alır.

“Ayaq itirmək dünyanın sonu demək deyil. Oxumaq, öyrənmək və işləmək, ailələrimizə kömək etmək qabiliyyətindəyik”, – Navid deyir.

NavidFotonun müəllifiANDREW QUİLTY / SAVE THE CHİLDREN
Presentational grey line

Həbibə və Ərəzo

Həbibə və ƏrəzoFotonun müəllifiANDREW QUİLTY / SAVE THE CHİLDREN

Üç il bundan əvvəl Həbibə bacısı Ərəzo və anaları ilə Kabulda intiharçı bombasının partlayışı zamanı yaralanıblar.

15 yaşlı Ərəzo həmin hadisədə psixoloji travma alıb, odur ki, indi ona 14 yaşlı bacısı Həbibə qayğı göstərir.

“Özümə gəlib gözümü açanda xeyli sayda cəsədlər gördüm və düşündüm ki, artıq özüm də sağ deyiləm, – Həbibə xatırlayır. – Dəhşətli hadisə idi. Heç zaman yaddan çıxmayacaq”.

“Həmin hadisədən sonra, indi hər dəfə güclü səs eşidiləndə, Ərəzo qorxur. Mən bacımı çox istəyirəm və ona dərslərində kömək edirəm, ona qayğı göstərirəm. O, yaşda məndən böyük olsa da, onu dəstəklədiyim üçün, özümü böyük bacı kimi hiss edirəm”, – Həbibə deyir.

Həbibə və ƏrəzoFotonun müəllifiANDREW QUİLTY / SAVE THE CHİLDREN
Presentational grey line

Xalidə

XalidəFotonun müəllifiANDREW QUİLTY / SAVE THE CHİLDREN

10 yaşlı Xalidənin qardaşı Kabulda partlayış zamanı həlak olub. Qardaşının ölümü onu kədərləndirsə də, Xalidə yerli camaat üçün təşkil edilmiş təhsil proqramına yazılıb.

“Qardaşım iki il bundan əvvəl Kabulda partlayış nəticəsində həlak olub, – Xalidə deyir. – Biz hələ də qəm içindəyik, onu itirməyimizə görə ağlayırıq”.

“Qardaşım sağ olanda biz hamımız özümüzü xoşbəxt hiss edirdik. İndi siə ailəmiz özünü belə hiss etmir. O, yadıma düşəndə, ağlayıram, – Xalidə deyir. – O, dərslərimdə mənə kömək edirdi”.

Xalidə Gununsesi.org