Əfqanıstanda 109 hərbçi məhv edildi

  • By admin
  • 24 Dekabr 2019 12:32

Ötən gün ərzində Əfqanıstanda 100-dən çox silahlı zərərsizləşdirilib.

Gununsesi.org xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“Son 24 saat ərzində ölkənin 15 əyalətində 18 planlı əməliyyat həyata keçirilib. Nəticədə, 109 terrorçu öldürülüb, 45 nəfər yaralanıb və 5 nəfər həbs edilib”, -deyə məlumatda qeyd olunub.