Əfqanıstanda 2 polis 11 həmkarını öldürdü

Əfqanıstanda iki polis əməkdaşı 11 həmkarını güllələyərək qətlə yetirib.

Gununsesi.org-un “Qolos Ameriki” saytına istinadən verdiyi xəbərə görə, insident ötən gün axşam saatlarında Qəndəhar əyalətinin Şah-Vali-Kot mahalında yerləşən “Damani” adlı polis məntəqəsində baş verib.

HTML tutorial

Şübhəli şəxslər özləri ilə silah və nəqliyyat vasitəsi götürərək hadisə yerindən qaçıblar.

Vilayətin təhlükəsizlik xidmətindəki mənbənin sözlərinə görə, hər iki şəxs bir müddət öncə xidmətə başlayıb və “Taliban” hərəkatının üzvləridir.

Faktla bağlı cinayət işi açılıb.

Hadisənin təfərrüatları araşdırılır. 

Gununsesi.org