
Əfqanıstanda baş verən partlayışda 5 nəfər ölüb.
Gununsesi.org-un “TOLO News”a istinadən verdiyi xəbərə görə, partlayış Paktiya əyalətinin mərkəzi olan Gardiz şəhərində Müdafiə Nazirliyi obyektinin qarşısında baş verib.
Əfqanıstan Milli Ordusunun rəsmisi bildirib ki, partlayış nəticəsində 5 nəfər ölüb, 19 nəfər yaralanıb.
Xəsarət alanlardan 5 nəfəri təhlükəsizlik qüvvələrinin əməkdaşıdır.
Gununsesi.org