
“İraq və Şam İslam Dövləti” (İŞİD) adlanan radikal dini təşkilatının lider heyətindən biri Əfqanıstanın şərqində həyata keçirilən hərbi əməliyyat zamanı öldürülüb.
Gununsesi.info-nun “Akşam”-a istinadən xəbər verir ki, Əfqanıstanın Nanqarxar əyalətinin qubernatorun sözcüsünün verdiyi məlumata görə, Əfqanıstanın təhlükəsizlik qüvvələri Nanqarxar əyalətinin Açin rayonu yaxınlığında İŞİD silahlılarına qarşı keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində terrorçuluqda şübhəli bilinən Cahid adlı xarici ölkə vətəndaşı məhv edilib.
Məlumata görə, iki həftə öncə Əfqanıstanın Nanqarxar əyalətinin Kot rayonunda adı mediaya açıqlanmayan İŞİD terror qruplaşmasına komandir öldürülüb.
Anar
Gununsesi.info