Əfqanıstanda Gürcüstan müdafiə nazirinin baş çəkdiyi hərbi bazaya hücum olub

  • By admin
  • 06 İyul 2018 12:18

Картинки по запросу Əfqanıstanda Gürcüstan müdafiə nazirinin baş çəkdiyi hərbi bazaya hücum olub

Əfqanıstanda Gürcüstanın müdafiə naziri Levan İzoriyanın baş çəkdiyi Kunduz hərbi bazası atəşə tutulub.

Gununsesi.info Gürcüstanın Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Kunduz bazasında L. İzoriya gürcü sülhməramlıları ilə görüşüb.

Bildirilir ki, Gürcüstan müdafiə naziri Almaniya silahlı qüvvələrinin nümayəndələri ilə Kunduzdakı hərbi bazaya baş çəkdikdən sonra baza istiqamətinə iki dəfə atəş açılıb. Mərmilər bazanın yaxınlığına düşüb, xəsarət alan olmayıb.