Əfqanıstanda hərbçilərin ölümü ilə əlaqədar matəm elan olunub

  • By admin
  • 23 Aprel 2017 13:17

misir terror

 

Bu gün Əfqanıstanda hərbçilərin ölümü ilə əlaqədar milli matəm elan olunub.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncamı ölkə prezidenti Əşrəf Qəni Məzari-Şərifə səfəri zamanı verib.

Aprelin 22-də “Taliban”ın Məzari-Şərif şəhəri ətrafında yerləşən hərbi bazaya hücumu nəticəsində ən azı 140 hərbçi həyatını itirib.

 

Gununsesi.info