Əfqanıstanda hava hücumu nəticəsində bir ailənin 11 üzvü ölüb

  • By admin
  • 22 Mart 2020 20:36

Əfqanıstanın şimalında Kunduz əyalətinə edilən hava hücumu nəticəsində bir ailənin 11 üzvü ölüb.

Gununsesiaz.info “Sputnik”-ə istinadən xəbər verir ki, ailənin yalnız bir azyaşlı üzvü – Yar Məhəmməd sağ qalıb.

Bildirilib ki, hava zərbəsi İmam Sahib rayonunun Yakatot bölgəsinə dünən gecə endirilib.

Əfqanıstanın hərbi mənbələrindən hadisəyə münasibət bildirilməsə də Kunduz polisinin sözçüsü Həcərullah Akbari açıqlamasında deyib ki, əyalətin Daş-e-Arçı, Xan Abad və İmam Sahib rayonları “Taliban”ın hava hücumun məruz qalıb: “Şiddətli döyüşlər zamanı 24 silahlı “Taliban”çı öldürülüb və terror təşkilatın lideri Qari Hafiz də daxil olmaqla, 19 nəfər yaralanıb. Əfqan təhlükəsizlik qüvvələrindən 2 hərbisi öldürülüb, 4 nəfər isə yaralanıb”.

 

 

Gununsesiaz.info