Əfqanıstanda hökumət qüvvələrilə “Taliban” arasında gərgin döyüşlər gedir

  • By admin
  • 25 İyul 2021 15:24

Əfqanıstanda hökumət qüvvələrilə “Taliban” hərəkatı arasında gedən gərgin döyüşlər səngimək bilmir.

Son sutka ərzində ölkədə 175 yaraqlı zərərsizləşdirilib, 84 nəfər isə yaralanıb.

HTML tutorial

Bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, son 24 saat ərzində hökumət qüvvələri tərəfindən Loqar, Qəzni, Qəndahar, Bəlx, Baqlan, Qunduz, Bədəxşan, Samanqan vilayətlərində hərbi əməliyyatlar keçirilib.

Həmçinin, “Taliban” silahlılarının yollarda quraşdırdıqları çoxsayda partlayıcı maddə Müdafiə Nazirliyinin xüsusi briqadaları tərəfindən zərərsizləşdirilərək, insan tələfatının qarşısı alınıb.

Gununsesi.info