“Əfqanıstanda İŞİD terrorçularının sayı 4500-ü ötüb”- SERGEY ŞOYQU

“Əfqanıstanda İŞİD terrorçularının sayı 4500-ü ötüb”

Hazırda Əfqanıstanda 4500 İŞİD terrorçusu var və onların sayı getdikcə artır.

Gununsesi info tass-a istinadən xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Moskvada keçirilən Müdafiə nazirlərinin beynəlxalq təhlükəsizlik konfransında bəyan edib.

Onun sözlərinə görə, İraq və Suriyada İŞİD terrorçuları məhv edildikcə onlar Afrika, Asiya və Avropaya üz tutmağa başlayıblar: “Hazırda ən çox axın Əfqanıstanadır. İŞİD terrorçuları Əfqanıstan vasitəsi ilə Avrasiya məkanına yerləşəcəklər”.

Gununsesi.info

COMMENTS