Əfqanıstanın Sari Pul əyalətində 80-ə yaxın məktəbli qız zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə əyalətin Təhsil şöbəsinin sözçüsü Məhəmməd Rəhmani bildirib.
Onun sözlərinə görə, qızları naməlum şəxslər qəsdən zəhərləyiblər.
Bildirilir ki, ibtidai məktəbdən 60, digərindən isə 17 şagird xəstəxanalıq olub.
Hazırda zərərçəkənlərin hamısının vəziyyəti qənaətbəxşdir.
Bildirilir ki, bu, “Taliban”ın 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirməsindən sonra ilk hadisədir.
Xatırladaq ki, mart ayında “Taliban” orta və yuxarı sinifdə oxuyan məktəbli qızların dərslərə getməsini qadağan edib. Hazırda qızlar ancaq altıncı sinfə qədər oxuya bilərlər.