Əfqanıstanda partlayış: 10 nəfər can verdi

  • By admin
  • 30 Noyabr 2022 17:20

Əfqanıstanda mədrəsədə terror hadisəsi törədilib

 

Gununsesi.info “TRT HABER”ə istinadən xəbər verir ki, gün ortasında namaz vaxtı törədilən partlayışda 10 nəfər tələbə ölüb.

Taliban hökumətinin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Nafi mətbuata açıqlamasında Samanqan vilayətinn mərkəzindəki Cihadiyə Mədrəsəsində yaşanan partlayışı təsdiq edib.

Törədilən partlayış hadisəsini hələlik heç kim üzərinə götürməyib.
Dövlət rəsmisi açıqlamasında tələbələr arasında çoxlu sayda yaralıların olduğunu söyləyib.

Olay yerinə həkim heyəti göndərilib. /“Associated Press”

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info