Əfqanıstanın Qazni əyalətində avtomobil partladılıb.
Trend-in “Sinhua” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 8 polis əməkdaşı həlak olub, 9-u isə yaralanıb.
Bildirilir ki, avtomobili terrorçu-intiharçı idarə edib. O, avtomobili polis əməkdaşları olan əraziyə sürərək partlayıcı qurğunu işə salıb.