Əfqanıstanda prezident sarayı raket atəşinə tutuldu

Əfqanıstan prezidentinin Kabildəki sarayı istiqamətində bir neçə raket atılıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Sinhua” agentliyi mənbələrə istinadən xəbər verir.

HTML tutorial

Məlumata əsasən, raketlər Əfqanıstan prezidenti Əşrəf Qani və digər yüksəkvəzifəli şəxlərin də qatıldığı Qurban Bayramı namazı zamanı atılıb.

Raketlər sarayın yaxınlığına düşüb. Ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.