Əfqanıstanın Daykundi kəndində qar uçqunu baş verib.
Gununsesi.org-un “Anadolu” agentliyinə istinadən məlumatına görə, təbii fəlakət nəticəsində 21 nəfər ölüb, 10 nəfər yaralanıb. Daha 7 nəfər isə uçqun altında qalıb. Onların xilas edilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, qar uçqunu nəticəsində 50 ev dağılıb, onlarla heyvan tələf olub.
Gununsesi.org