Əfqanıstanda səfirlik qarşısında partlayış törədilib - FOTO

  • By admin
  • 29 Avqust 2017 11:36

05

Əfqanıstanın paytaxtı Kabil şəhərində Amerika Birləşmiş Ştatları səfirliyinə yaxın ərazidə terror aktı törədilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Nacib Danimarka məlumat verib.

Belə ki, N.Danimarka bildirib ki, partlayış ABŞ səfirliyinin yaxınlığında yerləşən Kabil Bankın qarşısında baş verib. Partlayış zamanı ən azı 1 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Qeyd edək ki, hələlik partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

04

Anar

Gununsesi.info