Əfqanıstanda Taliban hücumu: 6 ölü

  • By admin
  • 07 İyun 2016 11:22
Taliban attack
Əfqanıstanda Taliban üzvləri yenidən hücum aktı törədiblər.  Gununsesi.info xəbər verir ki, Taliban silahlılarının həyata keçirdiyi basqında aralarında ölkənin şimalında yerləşən Sar-i Pul vilayətinin Sancaraq rayonunun kəşfiyyat rəisi Sayed Şerefeddinin də olduğu 6 şəxs həlak olub.
Sar-i Pul qubernatorluğunun sözcüsü Zəbihullah Amaninin Anadolu agentliyinə verdiyi açıqlamaya görə, Taliban silahlıları Sancaraqın Ləngər bölgəsində kəşfiyyat rəisinin maşınına pusqu qurublar.
Amaninin sözlərinə görə basqında kəşfiyyat rəisindən başqa, onun müavini, 3 mühafizəçisi və bir müəllim də həlak olub. Hadisə kəşfiyyat rəisinin qatıldığı bir dəfn mərasimindən rayon mərkəzinə  geri dönərkən baş verib.
Qeyd olunur ki,Talibançılar hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb. (Musavat)