
Əfqanıstanın şimalındakı Kuduz əyalətində “Taliban” təşkilatı polis nəzarət-buraxılış məntəqələrinə hücum edib.
Gununsesi.org-un məlumatına görə, hücum nəticəsində azı 10 polis əməkdaşı həlak olub.
Hücum eyni zamanda iki məntəqəyə olunub. Toqquşma zamanı 3 silahlı da zərərsizləşdirilib.
Digər mənbələrin məlumatına görə, həlak olanların sayı daha çox ola bilər.