Əfqanıstanda terror aktında ölənlərin sayı artır - 35 NƏFƏR ÖLÜB, 42 NƏFƏR YARALANIB

  • By admin
  • 24 İyul 2017 11:00
1497438249-7335
Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadzenin bomba yüklü avtomobili partladıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində azı 35 nəfər ölüb,42 nəfər isə yaralanıb.

Qeyd edək ki, Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktına görə məsuliyyəti “Taliban” radikal hərəkatı öz üzərinə götürüb.

Anar

Gununsesi.info