Əfqanıstanda və Özbəkistanda güclü zəlzələ baş verdi

Əfqanıstanda 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

Gununsesi.info bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

HTML tutorial

Məlumata görə, yeraltı təkanların episentri 12 min nəfərdən çox əhalisi olan İşkaşım şəhərindən 48 km cənub-qərbdə yerləşib.

Mümkün dağıntı və tələfat barədə məlumat verilməyib.

Zəlzələnin Özbəkistanda da hiss olunduğu bildirilib. Qorxuya düşən Daşkənd sakinləri küçələrə axışıblar.

Gununsesi.info