Əfqanıstanın Hərbi Hava Qüvvələri radikal “Taliban” hərəkatı silahlılarının mövqelərinə hava zərbələri endiriblər.
Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə 1TV telekanalı bildirib.
Müdafiə Nazirliyinə istinadən yayılan məlumata görə, hava zərbələri zamanı Lohar əyalətində hakimləri öldürmüş “Taliban” komandiri zərərsizləşdirilib.
Cümə axşamı polisə istinadən “ToloNews” telekanalı bildirib ki, Paktiya əyalətinin dörd hakimi “taliblər”in Əfqanıstanın şərqindəki Lohar əyalətinə hücumu zamanı həlak olub. Telekanalın məlumatına görə, məmurlar Paktiidən Kabilə gedirmiş. Məhəmməd Ağa ərazisində əks yolda silahlılar onların avtomobilinə hücum ediblər. Bu halda 1TV telekanalının məlumatına görə, avtomobildə üç hakim olub.
Gununsesi.org