Əfqanıstanda yüzdən çox dinc sakin evində qətlə yetirilib

Əfqanıstanın Qəndəhar vilayətinin Spin Boldak rayonu “Taliban” radikal qruplaşmasının nəzarətinə keçdikdən sonra yüzdən çox vətəndaş naməlum şəxslər tərəfindən öldürülüb.

Gununsesi.info xəbər verir ki,bu barədə “Tolo News” məlumat yayıb.

HTML tutorial

Bildirilir ki, Əfqanıstan hökuməti dinc sakinlərin qətlində talibləri ittiham edir.

“Qəddar terrorçular Pəncabdakı (Pakistan) başçılarının əmri ilə Spin Boldakın bəzi bölgələrində günahsız əfqanların evlərinə hücum edib yüzlərlə günahsız insanı öldürüb”, – deyə DİN-dən məlumat verilib.

Ancaq “Taliban” mülki şəxslərin qətllərində iştirakını inkar edir.

Qeyd edək ki, Pakistanla sərhəddəki Spin Boldak bölgəsi bundan əvvəl də “Taliban” tərəfindən ələ keçirilmiş, daha sonra isə yenidən hökumət qüvvələrinin nəzarətinə keçmişdir. Pakistan-Əfqanıstan sərhədində yerləşən Spin-Boldak ticarət baxımından strateji bir mövqeyə sahibdir.

Gununsesi.info