
Əfqanıstanın şimal-qərbindəki Herat əyalətində baş verən zəlzələ nəticəsində 2053-dən çox insan ölüb, 9240-a yaxın insan yaralanıb.
Gununsesi.info bildirir ki, bu barədə “Taliban” hərəkatının müvəqqəti hökuməti yanında Təbii Fəlakətlər Nazirliyinin nümayəndəsi Molla Canan Saik məlumat verib.
Onun sözlərinə görə, qurbanların əksəriyyəti Zindeka rayonunun 13 kəndində olub. O bildirib ki, zəlzələlər nəticəsində burada 1320 ev dağılıb.
Amerika Birləşmiş Ştatları Geoloji Xidmətinin (USGS) məlumatına görə, Heratda zəlzələlər oktyabrın 7-də yerli vaxtla saat 11:00 radələrində 8 dəqiqəlik fasilə ilə baş verib. Yeraltı təkanların gücü 4,6-6,3 bal təşkil edib.
Səid Əhmədli
Gununsesi.info