Əfqanıstanda 5,1 maqnitudalı zəlzələ olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin verilənlərindən məlum olub.
Seysmohadisənin episentri əhalisi təqribən 161 min nəfər olan Kunduz şəhərindən 116 km uzaqlıqda yerləşib. Zəlzələnin ocağı 60 km dərinlikdə olub.
Dağıntı və ya tələfat barədə məlumat verilməyib.
Gununsesi.info