Əfqanıstanda “Falcon 10” təyyarəsinin qəzaya uğramasından sonra sağ qalanların görüntüləri yayılıb.
Gununsesi.info xəbər verir ki, həmin şəxslərin fotosunu və təyyarənin qəzadan sonrakı vəziyyətini Əfqanıstanın “Hurriyat” radiosu paylaşıb.
“Shot” teleqram kanalının məlumatına görə isə, kadlarda yer alan şəxslər pilotlar Dmitri Belyakov və Arkadiy Qraçev, eləcə də həkim Pavel Popovdur. Onların üzlərində yara izləri olsa da, ciddi travma almadıqları qeyd olunub. Təyyarənin göyərtəsində olan digər həkim İqor Sıvorotkinin də vəziyyətinin yaxşı olduğu bildirilir.
Xatırladaq ki, “Falcon 10” yanvarın 21-i Əfqanıstan dağlarında qəzaya uğrayıb. Tailanddan Moskvaya uçan bu təyyarənin göyərtəsində 6 nəfər – 2 pilot, 2 həkim və 1 evli cütlük olub. Qəza nəticəsində sözügedən cütlük – Volqodonsk şəhərində tanınmış iş adamı Anatoli Yevsyukov və həyat yoldaşı həlak olub. Qadın Tailanddan Moskvaya xəstəxanaya gətirilirmiş.