Əfqanıstanın Bakıdakı səfirliyi “Taliban”dan tapşırıq alıb?

Əfqanıstanın Azərbaycandakı səfirliyi fəaliyyətini davam etdirir.

Gununsesi.info xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq səfirlikdən məlumat verilib.

HTML tutorial

Qeyd edilib ki, onların fəaliyyətində heç bir dəyişiklik yoxdur.

Səfirlikdən onu da bildiriblər ki, Əfqanıstanda yeni formalaşan sistem hələlik səfirliyə hansısa tapşırıq ünvanlamayıb və diplomatik korpusun idarəçiliyində dəyişiklik yoxdur.

Qeyd edək ki, avqustun 15-də Taliban hərəkatının üzvləri Əfqanıstanın paytaxtı Kabili ələ keçirib. Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk etməyə məcbur olub. Taliban hakimiyyəti ələ aldıqdan sonra Əfqanıstan İslam Əmirliyinin yaradıldığını elan edib.

Xatırladaq ki, Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhundur. O, 2020-ci ilin noyabrında ölkəmizə təyinat alıb.