Uçuşlar dayandırıldı..

  • By admin
  • 16 Avqust 2021 19:19

Rusiyanın “Aeroflot” avia şirkəti Əfqanıstana uçuşları müvəqqəti dayandırıb.

Gununsesi. info Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu açıqlamasında şirkətin nümayəndəsi Mixail Dyomin bildirib.

HTML tutorial

“Vəziyyət normala dönənə qədər təyyarələrimiz Əfqanıstan hava məkanından kənar uçacaq. Məhdudlaşma faktiki olaraq iki reysə tətbiq olunub. Bunlar Dehli və Bonqkok reysləridir”, – deyə şirkət rəsmisi qeyd edib.

Bundan başqa, Rusiyanın digər aviaşirkəti “AirBridgeCargo” da Əfqanıstanın hava məkanı üzərindən uçuşları dayandırıb.

Gununsesi. info