Əfqanıstanın ilk qadın səfiri -Fotolar

  • By admin
  • 25 Noyabr 2018 19:45

Əfqanıstanın ABŞ-da yeni səfiri təyin edilib.

“Gununsesi.org” un “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu vəzifəyə ölkənin İndoneziyadakı sabiq səfiri Röya Rəhmani gətirilib. O, bu posta rəhbərlik edəcək ilk qadındır.

Qeyd edək ki, Röya Rəhmanidən öncə Əfqanıstanın ABŞ-dakı səfiri Həmdulla Mohibi olub. O, bu ilin avqustununda prezident Məhəmməd Əşrəf Qaninin müşaviri təyin olunub.