
Əfqanıstanın keçmiş kommunikasiya naziri Seyid Əhməd Şah Sadat hazırda Almaniyanın Leypsiq şəhərində velokuryer kimi çalışır.
Gununsesi.info-nun məlumatına görə, sabiq məmur “Leipziger Volkszeitung”a müsahibə verib.
O, indi sadə həyat tərzi yaşadığını bildirib.
Qeyd edək ki, Sadat 2018-ci ilədək nazirlər kabinetinin üzvü olub.