Əfqanıstanın paytaxtında mikroavtobus partladılıb: 14 ölü

  • By admin
  • 20 İyun 2016 12:48

Afghanistan

 

 

Əfqanıstanın paytaxtı Kabildə mikroavtobus partladılıb. Gununsesi.info “Khaama Press”-ə istinadən xəbər verir ki, hücum zamanı ən azı 14 nəfər həlak olub. Məlumatı polis təhlükəsizlik qüvvələrinin rəsmiləri də təsdiq ediblər.

Səhər saatlarında törədilən partlaşı zamanı 4-ü əfqan olmaqla 5 nəfər yaralanıb. Əfqanıstanın Daxili İşlər Nazirliyinin rəsmisi Sediq Sediqi də məlumatı təsdiq edib. Lakin o, yaralıların 5 yox, 8 nəfər olduğunu bildirib.
Bombalı hücumu Taliban öz üzərinə götürüb. Qrupun sözçüsü Zabiullah Mücahid çıxışında yaralılar və ölənlərin birlikdə 20-dən çox olduğunu qeyd edib.

Qeyd edək ki, hadisə zamanı avtobusda 14 Nepal vətəndaşı və bir neçə əfqan olub.

 

Arzu Səyyad