ƏFSANƏ ÖLKƏ: neft pulları xalqa verilir, kral işə marşrutla gedib-gəlir – "Dövlət kapitalizmi" sistemi ilə idarə edilir(VİDEO)

  • By admin
  • 26 Fevral 2020 18:48

Dəfələrlə insan oğlunun yaşadığı dünyanın ən xoşbəxt ölkələrindən seçilən və bu kateqoriya sıralamasında ən öncül yerlərdə qərarlaşan Norveç dünyada ən böyük fonda- 1 trilyon dollarlıq Neft Fondunda sahibdir. Əsrarəngiz təbiət gözəllikləri, xoşbəxt həyatı, dünyaya örnək olacaq iqtisadi-siyasi sistemi ilə Norveç bütün dünyanı özünə heyran buraxır. Bu ölkədə qəribə ənənələr və qayda-qanunlar var. Məsələn, pişiklərin boğazından tutmaq qadağandır, köpəkləri isə qısırlaşdırmaq(törəməsini əngəlləmək) yasaqdır, cəza ala bilərsiniz. Norveçdə dövlət nəinki insanlara, hətta heyvanlara belə sahib çıxır, onlara demokratik haqlar tanıyır. Norveçə “Günəşin batmadığı ölkə” də deyirlər.

Qəribədir ki, Norveçdəki Lonqyarberq qəsəbəsində ölmək qadağan edilib. Bu ölkədə çox bahalı əşyalar küçələrdə yerə qoyulur və bu əməl ehtiyacı olan insanların da onlardan istifadəsi üçün edilir. Norveçdə sosializmə bərabər “dövlət kapitalizmi” adlandıra biləcəyimiz sistem mövcuddur. Dəfərlərlə dünyanın ən xoşbəxt ölkəsi seçilib. İnsanlar zövqlə dolu bir həyat yaşayırlar. Daha çox təbiət qoynunda, dağ-meşə-düşərgələşmə kimi yaşam tərzinə üstünlük verirlər. Dünya turistlərinin ən çox gedib-görmək istədiyi yerlərdən biridir. Deyə bilərik ki, Norveç dünyada ən yaşanılası ölkələr sıralamasının başında gəlir. İnsanlar burada xoşbəxtdirlər.

Gəlin, bu ecazkar və nağıl kimi olan əfsanə ölkəni Youtube-də “Arzu Sayadoğlu Videoları” kanalının hazırladığı aşağıdakı videodan izləyək:

 

 

Gununsesi.org