Əfsanədən daha bir rekord

Argentinalı hücumçu Lionel Messi La Liqada daha bir tarixi göstəriciyə imza atıb.

Gununsesi.org-un xəbərinə görə, bu barədə “Eurosport” məlumat yayıb.

L.Messi İspaniya çempionatında yeddinci dəfə bombardir adını qazanan ilk futbolçu olub.

O, daha əvvəl 2010, 2012, 2013, 2017, 2018 və 2019-cu illərdə də ən çox qol vuran oyunçu adını qazanmışdı.

L.Messi son mövsümdə keçirdiyi 33 oyunda 25 qola imza atıb.

Qeyd edək ki, indiyədək La Liqa tarixində altı dəfə bombardir olmağı bacarmış digər futbolçu Bilbaonun “Atletiko” klubunda çıxış etmiş Telmo Zarra olub.

 

 

 

Gununsesi.org