Əfsanəvi ABBA qrupunun üzvü vəfat etdi

Əfsanəvi ABBA qrupunun gitaraçısı Lasse Vellander 70 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, musiqiçi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Bu barədə onun qohumları məlumat veriblər.

“Bildirmək məcburiyyətindəyik ki, bizim sevgili Lasse gözlərini əbədi olaraq yumdu. Kədərimizi ifadə etmək mümkün deyil. Bu yaxınlarda onun xərçəng xəstəsi olduğu və xəstəliyin sürətlə yayıldığı məlum oldu. Vellander yaxınlarının əhatəsində vəfat etdi”, – deyə yaxınları bildiriblər.

 

Gununsesi.info