
40 il əvvəl istifadəyə verilən və o gündən bəri hər hansı bir dəyişiklik edilməyən “Lada Niva”, 21-ci əsrdə geri qayıdır.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyanın avtomobil bazarında satışların aşağı düşməsi ilə “AvtoVAZ” şirkəti hərəkətə keçib. “AvtoVAZ” şirkətinin İcraçı Direktoru Nikola Mauri bildirib ki, hazırda “Niva”nın yeni “Vesta” və “X-Ray” modellərinin istehsalı üzərində işə başlanılıb: “Yeni Nivanın 21-ci əsr texnologiyalarına malik olacaq. Nivanın “Vesta” və “X-Ray” modellərinin təqdimatı isə 2018-ci ildə nəzərdə tutulub”-, deyə N. Mauri yenilik haqqında məlumat verib.
Belə ki, Mauri modelin üç və beş qapılı variantlarının olacağını bildirib. Dörd təkər çəkiş sistemi ilə təqdim olunacaq üçüncü nəsil “Niva”nın 1.7 ltlik 83 at gücündə mühərrikə malik olacağı və mexanki sürət qutusu ilə təchiz ediləcəyi qeyd olunur.
Anar
Gununsesi.info